
Motorola Edge 40 Pro flaqman smartfonunun texniki özəllikləri barəsində məlumat verilib
Cihazlar+
23.11.2022
Emil
Artıq məlumdur ki, Motorola şirkəti öz yeni flaqman smartfonu üzərində çalışır. Söhbət, Motorola Edge 40 Pro smartfon modelindən gedir. İndi isə internetdə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Motorola Edge 40 Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB-a kimi RAM yaddaşını və 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.
Məlumatda qeyd edilib ki, Motorola Edge 40 Pro üçlü arxa kamera ilə təchiz olunacaq: 50 MP + 50 MP (genişbucaqlı obyektiv) + 12 MP. Smartfon həmçinin 60 MP-lik ön kameraya sahib olacaq. Smartfon 125 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək və özündə 4610 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Motorola Edge 40 Pro Android 13 vasitəsilə çalışacaq. Onun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur. Lakin çox güman ki, təqdimat ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində baş verəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
