Logo
    main-post-cover

    Motorola Edge 40 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    14.04.2023
    Emil
        Bir neçə müddət bundan öncə Motorola şirkəti Motorola Edge 40 Pro flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət adi Motorola Edge 40-ın təqdimatına hazırlaşır. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Geekbench məlumatlarına əsasən Motorola Edge 40 smartfonu 8 GB RAM-a və Android 13 əməliyyat sisteminə sahib olacaq. Maraqlısı ondadır ki, Geekbench testlərindən keçmiş Motorola Edge 40 modeli MediaTek Dimensity 1100 prosessoru vasitəsilə çalışır.
        Halbu ki, daha əvvəlki məlumat sızıntılarında smartfonun MediaTek Dimensity 8020 prosessoru ilə təchiz olunacağı qeyd edilmişdi. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1105 xal, çox nüvəli testi çərçivəsində isə 3542 xal toplayıb. Son məlumat sızıntılarına əsasən Motorola Edge 40 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran və 68 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun nə zaman təqdim ediləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər