
Motorola Edge 40 smartfonunun render fotoları təqdim edilib
Bir neçə gün bundan öncə Motorola brendi Motorola Edge 40 Pro flaqman smartfonunu təqdim etdi. İndi isə brend adi Motorola Edge 40 modelinin təqdimatına hazırlaşır. İnternetdə adi Motorola Edge 40 smartfonunun fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, Motorola Edge 40 smartfonu kənarları bir qədər əyilmiş ekran dizaynına sahib olacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
Arxa paneldə isə smartfon ikili kameraya sahib olacaq. Texniki göstəricilərə gəldikdə isə məlumata əsasən Motorola Edge 40 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran, MediaTek Dimensity 8020 prosessoru, 50 MP + 13 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək və onun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq.
Paylaş
Bənzər xəbərlər