
Motorola Edge 50 5G-nin təqdimatı artıq çox yaxındır
Cihazlar+
24.07.2024
Emil
Motorola şirkəti Edge 50 smartfon seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, Motorola Edge 50 5G-dən gedir. Şirkət öz yeni smartfonu ilə bağlı ilk tizer posterini təqdim edib. Tizer posterə əsasən yeni smartfon bazarda MIL-STD-810 hərbi standartının tələblərinə cavab verən ən nazik gövdəli smartfon olacaq. Tizer posterdə smartfonun adı qeyd edilməsə də çox güman ki, söhbət məhz Motorola Edge 50 5G-dən gedir. Gözləntilərə əsasən Motorola Edge 50 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.4 düym ölçülü pOLED ekranı əldə edəcək və MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 50 MP + 13 MP + 10 MP üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
