Logo
    main-post-cover

    Motorola Edge 50 5G smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    02.07.2024
    Emil
         Motorola şirkətinin hal-hazırda aktual olan Motorola Edge 50 smartfon seriyasına 3 model daxildir. Motorola Edge 50 Pro, Edge 50 UltraEdge 50 Fusion. Lakin şirkət bu seriyanı yeni model ilə genişləndirməyi planlaşdırır. Belə ki, şirkət Motorola Edge 50 5G smartfonunu satışa çıxartmağa hazırlaşır. Məlumata əsasən Motorola Edge 50 5G artıq bu ay ərzində Avropa bazarında satışa çıxa bilər. Məlumatda qeyd edilib ki, Edge 50 smartfon seriyasının bu yeni modeli bazara 3 gövdə rəngi variantında satışa çıxacaq.
         Yaşıl, boz və şaftalı. Smartfon 12 GB RAM-ı əldə etməli və özündə 512 GB daxili yaddaş həcmini birləşdirməlidir. Satış qiymətinə gəldikdə isə onun 599 avro qiymətində satılacağı gözlənilir. Bu satış qiymətinə sahib olacağı təqdirdə smartfon ya flaqman ya da subflaqman prosessoru əldə etməlidir. Heç istisna deyil ki, Motorola Edge 50 5G smartfonu Qualcomm-un Snapdragon 8s Gen 3 subflaqman prosessorunu vasitəsilə çalışsın. Smartfon barəsində digər bir məlumat hələ yoxdur.
    Paylaş