main-post-cover

    Motorola Edge 50 Fusion smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2024
    Brilyant Rasulova
         Motorola şirkəti Motorola Edge 50 Fusion smartfonunu təqdim edib. Bu smartfon yüksək təsvir yenilənməsinə sahib böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Motorola Edge 50 Fusion smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Motorola Edge 50 Fusion-un gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Motorola Edge 50 Fusion 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Smartfon yaxın həftələr ərzində satışa çıxacaq və onun Avropada qiyməti 400 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Edge 50 Ultra təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-ultra-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün öncə Motorola Edge 50 Ultra-nın vacib özəlliklərindən biri açıqlanıb
    teqdimatdan-bir-gun-once-motorola-edge-50-ultra-nin-vacib-ozelliklerinden-biri-aciqlanib
    Büdcəli Moto G04s smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g04s-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra-nın keyfiyyətli fotoları təqdim edilib
    motorola-edge-50-ultra-nin-keyfiyyetli-fotolari-teqdim-edilib
    Motorola Edge 50 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-pro-smartfonu-teqdim-edilib-qiymeti