
Motorola Edge 50 Fusion-un render fotoları ortaya çıxıb
Cihazlar+
27.03.2024
Emil
Artıq məlumdur ki, Motorola şirkəti 3 aprel tarixində Motorola Edge 50 Pro flaqman smartfonunu təqdim edəcək. Lakin bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət həmin tarixdə sözügedən smartfonun bir qədər sadələşdirilmiş versiyası Motorola Edge 50 Fusion modelini də təqdim edə bilər. İndi isə Motorola Edge 50 Fusion modelinin render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar vasitəsilə smartfonun dizaynını hərtərəfli qiymətləndirmək olar.

Fotolardan da görmək olar ki, Motorola Edge 50 Fusion modeli kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə iki ədəd kamera obyektivi yerləşəcək. Son məlumat sızıntılarına əsasən Motorola Edge 50 Fusion 6.7 düym ekranla təchiz olunacaq və Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
