Logo
    main-post-cover

    Motorola Edge 50-nin təqdimatı anons edilib

    Cihazlar+
    25.07.2024
         Motorola şirkəti özünün Edge smartfon seriyasının yeni modelinin təqdimatını anons edib. Söhbət, Motorola Edge 50-dən gedir. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən sözügedən smartfon 1 avqust tarixində təqdim olunacaq. Təqdim edilmiş posterdə Motorola Edge 50-nin həmçinin xarici görünüşü də əks olunub. Posterdən də görmək olar ki, smartfon xarici görünüşcə digər Edge 50 modellərinə bənzəyəcək. Lakin Motorola Edge 50-nin əsas fərqləndirici tərəfi ondan ibarət olacaq ki, o, bazarda MIL-STD-810 hərbi standartının tələblərinə cavab verən ən nazik gövdəli smartfon olacaq. Bununla yanaşı smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Motorola Edge 50-nin təqdimatı anons edilib | Technote