
Motorola Edge 50 Pro flaqman smartfonun təqdimatı anons edilib
Cihazlar+
14.03.2024
Emil
Motorola şirkəti gələn ayın əvvəlində öz növbəti qlobal təqdimat tədbirini keçirəcək. Təqdimat tədbiri 3 aprel tarixində Hindistanda baş tutacaq. Şirkətin həmin tarixdə hansı cihazını təqdim edəcəyi açıqlanmasa da, böyük ehtimal ilə söhbət, Motorola Edge 50 Pro flaqman smartfonundan gedir. Son məlumat sızıntılarına əsasən Motorola Edge 50 Pro smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı sözügedən smartfonun özündə 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
