
Motorola Edge 50 Pro flaqman smartfonunun sadələşdirilmiş versiyası təqdimata hazırlaşır
Cihazlar+
15.03.2024
Emil
Dünən məlum oldu ki, Motorola şirkəti 3 aprel tarixində növbəti təqdimatını keçirəcək. Gözləntilərə əsasən həmin tarixdə şirkət Motorola Edge 50 Pro flaqman smartfonunu təqdim edəcək. İndi isə Evan Blass adlı məşhur insayder bildirib ki, şirkət üstəlik Motorola Edge 50 Pro-nun sadələşdirilmiş versiyasını təqdim etməyə hazırlaşır. İnsayderin sözlərinə əsasən Motorola Edge 50 Pro-nun sadələşdirilmiş versiyası Motorola Edge 50 Fusion adlanacaq.
Məlumata əsasən smartfon 6.7 düym POLED ekranla təchiz olunacaq və Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 256 GB daxili yaddaş həcmini, 50 MP-lik əsas arxa kameranı və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Bununla yanaşı smartfonun gövdəsinin IP68 standartı üzrə sudan qorunacağı gözlənilir. Çox güman ki, Motorola Edge 50 Fusion modeli Motorola Edge 50 Pro ilə eyni vaxtda təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
