
Motorola Edge 50 Pro-nun rəsmi fotoları təqdim edilib
Cihazlar+
19.03.2024
Emil
Motorola şirkəti 3 aprel tarixində yeni flaqman smartfonunu təqdim edəcək. Söhbət, Motorola Edge 50 Pro-dan gedir. Şirkət artıq indidən potensial alıcıların diqqətlərini bu smartfona çəkməyə çalışır. Motorola bu dəfə sözügedən smartfonun fotolarını təqdim edib. Şirkətin sözlərinə əsasən Motorola Edge 50 Pro süni zəka funksiyalarına sahib təkmilləşdirilmiş əsas arxa kameranı əldə edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, əsas arxa kamera 50 qat hibrid zoom özəlliyinə sahib olacaq.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
