main-post-cover

    Motorola Edge 50 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.04.2024
    Emil Nəcəfov
         Motorola şirkəti Motorola Edge 50 Pro adlı yeni subflaqman smartfonunu təqdim edib. Bu yeni smartfon keyfiyyətli ekranı, kameraları və yüksək sürətli şarj texnologiyasının dəstəyi ilə seçilir. Beləliklə Motorola Edge 50 Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir və o üstəlik Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı Motorola Edge 50 Pro-nun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir.
         Kameralar mövzusunda Motorola Edge 50 Pro 50 MP + 10 MP + 13 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Üstəlik smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Motorola bildirib ki, Motorola Edge 50 Pro-nun 68 vatt gücündə sürətli naqilli şarj texnologiyasının dəstəyinə sahib versiyası da satılacaq. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Motorola Edge 50 Pro 9 aprel tarixində satışa çıxacaq. Onun qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 128 GB yaddaş + 68 vatt gücündə sürətli şarj texnologiyası - 383$
    - 12 GB RAM + 256 GB yaddaş + 125 vatt gücündə sürətli şarj texnologiyası - 431$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Edge 50 Ultra-nın render fotoları təqdim edilib
    motorola-edge-50-ultra-nin-render-fotolari-teqdim-edilib
    Motorola Edge 50 Fusion-un render fotoları ortaya çıxıb
    motorola-edge-50-fusion-un-render-fotolari-ortaya-cixib
    Motorola Edge 50 Pro-nun rəsmi fotoları təqdim edilib
    motorola-edge-50-pro-nun-resmi-fotolari-teqdim-edilib
    Motorola Edge 50 Pro-nun hansı prosessoru əldə edəcəyi məlum olub
    motorola-edge-50-pro-nun-hansi-prosessoru-elde-edeceyi-melum-olub
    Motorola Edge 50 Pro flaqman smartfonunun sadələşdirilmiş versiyası təqdimata hazırlaşır
    motorola-edge-50-pro-flaqman-smartfonunun-sadelesdirilmis-versiyasi-teqdimata-hazirlasir