
Motorola Edge 50 Ultra-nın render fotoları təqdim edilib
Cihazlar+
29.03.2024
Emil
Motorola şirkəti 3 aprel tarixində Motorola Edge 50 Pro və Edge 50 Fusion smartfonlarını təqdim etməlidir. İndi isə insayderlər Motorola Edge 50 Ultra adlı daha bir smartfonun render fotolarını təqdim ediblər. Fotolara əsasən Motorola Edge 50 Ultra modeli xarici görünüşcə Motorola Edge 50 Pro ilə Edge 50 Fusion modellərinə bənzəyəcək. Smartfon kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə 3 ədəd kamera obyektivi mövcud olacaq. Məlumata əsasən Motorola Edge 50 Ultra-nın əsas arxa kamerası 50 MP-lik olacaq. Bununla yanaşı Motorola Edge 50 Ultra-nın Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Sözügedən smartfonun 3 aprel tarixində digər Motorola Edge 50 modelləri ilə birlikdə təqdim olunacağı güman edilir.


Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
