main-post-cover

    Motorola Edge 50 Ultra təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.04.2024
    Brilyant Rasulova
         Motorola şirkəti Motorola Edge 50 Ultra smartfonunu təqdim edib. Şirkətin bu yeni subflaqman smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.7 düym pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Motorola Edge 50 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 1 TB-lıq daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (optik stabilizasiya, PDAF avtofokus) + 50 MP (122 dərəcə bucaq əhatəsi, avtofokus) + 64 MP (avtofokus, optik stabilizasiya, 3 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Motorola Edge 50 Ultra qutudan Android 14 vasitəsilə çalışır. Smartfon yaxın həftələr ərzində satışa çıxacaq və onun qiyməti 1000 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan bir gün öncə Motorola Edge 50 Ultra-nın vacib özəlliklərindən biri açıqlanıb
    teqdimatdan-bir-gun-once-motorola-edge-50-ultra-nin-vacib-ozelliklerinden-biri-aciqlanib
    Büdcəli Moto G04s smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g04s-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra-nın keyfiyyətli fotoları təqdim edilib
    motorola-edge-50-ultra-nin-keyfiyyetli-fotolari-teqdim-edilib
    Motorola Edge 50 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra-nın render fotoları təqdim edilib
    motorola-edge-50-ultra-nin-render-fotolari-teqdim-edilib