Logo
    main-post-cover

    Motorola G Power 5G (2023) smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.04.2023
    Emil
        Motorola brendi orta səviyyəli Motorola G Power 5G (2023) smartfonunu təqdim edib. Sözügedən smartfon böyük ölçülü ekran, MediaTek prosessoru, böyük həcmli batareya və 50 MP-lik əsas arxa kamera ilə fərqlənir. Beləliklə Motorola G Power 5G (2023) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.5 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Smartfon həmçinin özündə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Motorola G Power 5G (2023) MediaTek Dimensity 930 prosessoru, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. Onun satışlarına 14 aprel tarixində start veriləcək və qiyməti 299$-dan başlayacaq.
    Paylaş
    Bənzər xəbərlər