Logo
    main-post-cover

    Motorola G Stylus (2023) smartfonunun keyfiyyətli press fotoları təqdim edilib

    Cihazlar+
    27.03.2023
    Emil
        Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Motorola şirkətinin hazırladığı yeni smartfonlar arasında Motorola G Stylus (2023) modeli də var. İndi isə insayderlər sözügedən smartfonun keyfiyyətli press fotolarını təqdim ediblər. Məlumata əsasən Motorola G Stylus (2023) smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym LCD ekran ilə təchiz olunacaq. Fotolardan da görmək olar ki, ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
        Smartfonun iki versiyada satışa çıxacağı gözlənilir. Onlardan biri 4G, digəri isə 5G dəstəyinə sahib olacaq. Təqdim ediləcəyi gözlənilən versiyalardan biri MediaTek Helio G88 prosessoru vasitəsilə çalışmalıdır. Bundan əlavə olaraq smartfon 50 MP-lik əsas arxa kamera, 4 GB RAM, 5000 mAh enerji tutumlu batareya və 3.5 mm-lik audiogiriş ilə təchiz olunmalıdır. Adından da bəlli olduğu kimi smartfon stilus dəstəyinə sahib olacaq. Motorola G Stylus (2023)-ün dəqiq təqdimat tarixi məlum deyil. Lakin çox güman ki, təqdimat aprel ayında baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər