Logo
    main-post-cover

    Motorola Moto G54 5G-nin bütün məlumatlarını təqdim edib

    Cihazlar+
    31.08.2023
    Emil
        Motorola şirkəti 5 sentyabrdakı təqdimatı gözləmədən Moto G84 5G halında olduğu kimi Moto G54 5G barəsində olan bütün məlumatları da öz saytında yerləşdirib. Moto G54 5G modeli xarici görünüşcə Moto G84 5G-yə bənzəyir. Moto G54 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym pOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilər baxımından Moto G54 5G modeli MediaTek Dimensity 7020 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 8 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. Moto G54 5G yaxın günlər ərzində Hindistan bazarında satışa çıxmalıdır. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Üstəlik smartfonun Hindistan bazarındakı qiyməti də məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər