Logo
    main-post-cover

    Motorola Moto G54 5G smartfonu üzərində çalışır

    Cihazlar+
    07.08.2023
    Emil
        Motorola brendi bir neçə gün bundan öncə Moto G14 smartfonunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət hal hazırda Moto G seriyasının daha bir yeni modeli üzərində çalışır. Söhbət, Moto G54 5G-dən gedir. Məlumata əsasən Moto G54 5G smartfonu xarici görünüşcə Moto G seriyasının digər smartfonlarına bənzəyəcək. Texniki göstəricilər baxımından smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran, 6/8 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP-lik əsas arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacağı gözlənilir. Moto G54 5G-nin yaxın həftələr ərzində təqdim olunacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər