Logo
    main-post-cover

    Motorola-nın hələ təqdim olunmamış yeni smartfonunun render fotosu təqdim edilib

    Cihazlar+
    23.11.2022
    Emil
        Evan Blass adlı məşhur insayder Motorola şirkətinin hələ təqdim edilməmiş yeni smartfonunun render fotosunu təqdim edib. Məlumata əsasən fotoda əks olunmuş smartfon Motorola Penang adlanır. Beləliklə adından da bəlli olduğu kimi smartfon Malayziyanın ştatlarından birinin adını əldə edib. Smartfonun satışa çıxdığı zaman da bu cür ada sahib olub-olmayacağı bilinmir. Güman olunur ki, Motorola Penang büdcəli texniki özəlliklərə sahib olacaq. Fotodan da görmək olar ki, smartfon yuxarı və aşağı hissədən qalın ekran çərçivələrinə sahibdir. Bundan əlavə olaraq ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı var. Smartfonun nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər