main-post-cover

    Motorola-nın yeni flaqman smartfonunun yüksək MP göstəricili əsas kamera əldə edəcəyi təsdiqləndi

    Cihazlar+
    10.06.2022
    Emil Nəcəfov
        Motorola şirkəti öz yeni flaqman smartfonuna aid olan yeni tizer fotosunu təqdim edib. Təqdim edilmiş yeni tizer fotosu smartfonun təqribi təqdimat tarixini ortaya çıxardıb və smartfonun unikal kamera ilə təchiz olunacağını təsdiqləyib. Şirkət tərəfindən təqdim edilmiş tizer fotoya Motorola-nın top meneceri fikir bildirib. O qeyd edib ki, smartfon təkmilləşdirilmiş kamera ilə təchiz olunacaq və həmin kamera onu sözün əsl mənasında təəccübləndirib. Beləliklə tizer fotosuna əsasən Motorola-nın yeni flaqman smartfonu 200 MP-lik arxa kamera ilə təchiz olunacaq. İnsayderlərin məlumatlarına əsasən söhbət, Samsung ISOCELL HP1 adlı kameradan gedir.
        Sözügedən kamera çəkiliş ssenarisindən asılı olaraq 4 və ya 16 pikselin bir pikseldə birləşməsi texnologiyasını dəstəkləyir. Bundan əlavə olaraq insayderlər qeyd ediblər ki, Motorola-nın yeni flaqman smartfonu Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə yeni smartfonun real fotoları ortaya çıxmışdı. Yeni flaqman smartfon Motorola Frontier kod adına sahibdir. Lakin onun final versiyasının bu adı əldə edib-etməyəcəyi bilinmir. Motorola-nın yeni flaqman smartfonu gələn ay təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi barəsində hələ rəsmi bir məlumat verilməyib.
    Linki kopyala