Logo
    main-post-cover

    Motorola-nın yeni smartfonunun fotosu ortaya çıxıb

    Cihazlar+
    22.09.2023
        Bir neçə müddət bundan öncə Motorola şirkəti Edge 40 Neo adlı smartfonunu təqdim etmişdi. Görünür, şirkət növbəti yeni smartfonunun təqdimatına hazırlaşır. Məlumatda qeyd edilib ki, şirkətin yeni smartfonu XT-2417 model nömrəsinə sahibdir. Ortaya çıxmış fotodan da görmək olar ki, Motorola-nın yeni smartfonu yastı ekran ilə təchiz olunacaq və ikili arxa kameraya sahib olacaq. Məlumatda qeyd edilib ki, Motorola-nın bu yeni smartfonu 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq və barmaq izi skanı texnologiyası onun yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Smartfon barəsində digər bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir. Böyük ehtimal ilə yeni smartfon Moto G seriyasına daxil olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Motorola-nın yeni smartfonunun fotosu ortaya çıxıb | Technote