
Motorola öz ilk noutbuku Moto Book 60-ı təqdim edib - QİYMƏTİ
Cihazlar+
17.04.2025
Emil
Motorola şirkəti öz ilk noutbukunu təqdim edib. Şirkətin ilk noutbuku Moto Book 60 adlanır. Beləliklə Motorola üçün tamamilə yeni kateqoriyada olan bu cihaz 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Moto Book 60-ın gövdə qalınlığı 16.9 mm, çəkisi isə 1.39 kq təşkil edir. Noutbuk iki versiyada təklif edilir. Birinci versiya Intel Core 5 210H prosessoru, ikinci versiya isə Intel Core 7 240H prosessoru vasitəsilə çalışır.

Noutbuk DDR5-5600 standartlı 16 GB RAM ilə təchiz olunub, lakin onu 32 GB-a kimi genişləndirmək mümkündür. Yaddaş həcmi qismində isə 512 GB/1 TB SSD çıxış edir. Cihazın batareya həcmi 60 vatt-saat təşkil edir və üstəlik 65 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Noutbuk özündə USB 3.2 Gen 1, USB 3.2 Gen 2 Type-C, HDMI 1.4b girişlərini, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və microSD kart girişini birləşdirir. Moto Book 60 noutbuku 23 aprel tarixində Hindistanda satışa çıxacaq. Onun Intel Core 5 210H prosessoru vasitəsilə çalışan versiyası 784$-a satılacaq, Intel Core 7 240H prosessoru vasitəsilə çalışan versiyasının qiyməti isə 878$-dan start götürəcək. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
