
Motorola qatlana bilən smartfonlar üçün yeni texnologiyanın patentini əldə edib
Cihazlar+
11.10.2024
Emil
Motorola şirkəti qatlana bilən smartfonlar üçün nəzərdə tutulmuş yeni texnologiyanın patentini əldə edib. Əldə edilmiş yeni patent bu cür smartfonların funksionallıqlarını artırmalıdır. Söhbət, motorlaşdırılmış ilmə texnologiyasından gedir. ABŞ Ticarət Nişanları və Patentləri bürosuna göndərilmiş patent sorğusuna əsasən motorlaşdırılmış ilmə texnologiyası smartfonun yuxarı hissəsinin əyilmə bucağını avtomatik şəkildə ayarlaya bilir. Bu isə o deməkdir ki, videoçat və ya foto çəkilişi zamanı cihaz avtomatik şəkildə ekranın vəziyyətini tənzimləyə biləcək. Nəticədə istifadəçi daimi şəkildə kadrda qala biləcək. Bu cür özəllik videoçatların, selfie və ya qrup fotoların çəkilməsi kimi proseslərin daha rahat yerinə yetirilməsinə imkan verəcək. Bu texnologiya birbaşa smartfona inteqrasiya edilə və ya ayrıca aksesuar şəklində satıla bilər.



Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
