
Motorola RAZR (2023)-ün hansı ölçüdə xarici ekrana sahib olacağı məlum olub
Motorola şirkəti yaxın zamanda təqdim edəcəyi yeni qatlana bilən qapaqlı smartfonları barəsində məlumatlar təqdim etməyə davam edir. Bu dəfə şirkətin Weibo adlı sosial şəbəkədə paylaşmış olduğu tizer fotoya əsasən Motorola RAZR (2023) smartfonu böyük ölçülü xarici ekran ilə təchiz olunacaq. Məlumata əsasən smartfon 3 düymdən böyük ölçüyə sahib xarici ekrana sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Motorola RAZR (2022) smartfonu 2.7 düym ölçülü xarici ekranı özündə birləşdirir. Yaxın zamanda təqdim ediləcək yeni Motorola RAZR modelinin xarici ekranının dəqiq şəkildə hansı ölçüyə sahib olacağı bilinmir. Lakin bəzi məlumat sızıntılarına əsasən söhbət, 3.7 düym ölçülü xarici ekrandan gedir. Motorola öz yeni qatlana bilən qapaqlı smartfonlarını ya gələn ay ya da iyunda təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər