
Motorola RAZR+ (2024) adlı yeni qatlana bilən smartfon hazırlanır
Cihazlar+
22.01.2024
Emil
Motorola şirkəti RAZR seriyasına daxil olacaq yeni qatlana bilən smartfon üzərində çalışır. Gözləntilərə əsasən şirkətin yeni qatlana bilən smartfonu Motorola RAZR+ (2024) adını əldə edəcək. Hazırlanan yeni Motorola RAZR+ (2024)-ün hətta render fotosu da təqdim edilib. Təqdim edilmiş render fotodan görmək olar ki, yeni qatlana bilən smartfon xarici görünüş mövzusunda əvvəlki RAZR modellərindən demək olar fərqlənməyəcək. Motorola RAZR+ (2024) elastiki daxili ekrana, daxili ekranın yuxarı mərkəz hissəsinə yerləşdirilmiş kiçik dairəvi çıxıntıya və ikili arxa kameraya sahib olacaq. Bu yeni qatlana bilən smartfonun bu ilin birinci yarısında təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
