main-post-cover

    Motorola RAZR 40 ilə RAZR 40 Ultra-nın qlobal bazarda satış qiymətləri rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    02.06.2023
    Farid Pardashunas
        Dünən Motorola şirkəti qatlana bilən qapaqlı Motorola RAZR 40RAZR 40 Ultra smartfonlarını təqdim etdi. İndi isə şirkət bildirib ki, sözügedən smartfonlar qlobal bazarda da satışa çıxacaqlar. Bununla yanaşı şirkət bu smartfonların qlobal versiyalarının hansı qiymətə satılacağını bildirib. Beləliklə Avropa bazarında Motorola RAZR 40 modelinin qiyməti 800 avrodan, Motorola RAZR 40 Ultra-nın qiyməti isə 1200 avrodan start götürəcək. Bununla yanaşı Motorola elan edib ki, Motorola RAZR 40 Ultra modeli ABŞ bazarında Motorola RAZR 40+ adı ilə satışa çıxacaq. Motorola RAZR seriyasının yeni modellərinin qlobal bazarda satışlarına yaxın həftə ərzində start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər