Logo
    main-post-cover

    Motorola RAZR 40 Ultra-nın yeni fotoları ortaya çıxıb

    Cihazlar+
    28.04.2023
    Emil
        Motorola şirkəti artıq yaxın zamanda yeni Motorola RAZR smartfon modelini təqdim etməlidir. Son məlumat sızıntılarına əsasən smartfon Motorola RAZR 40 Ultra adlanacaq. Smartfonun təqdimatı yaxınlaşdıqca onun barəsində məlumatlar daha çox ortaya çıxmağa başlayır. Belə ki, Motorola RAZR 40 Ultra smartfonunun yeni fotoları təqdim edilib. Fotolardan birində görmək olar ki, sözügedən smartfonun dəri material ilə örtülmüş qapağa sahib versiyası olacaq. Bundan əlavə olaraq məlumat verilib ki, Motorola RAZR 40 Ultra smartfonu innovasiyalı şarnir konstruksiyasına sahib olacaq və onun sayəsində daxili ekran üzərində qatlanma izi demək olar hiss edilməyəcək.
    Paylaş
    Bənzər xəbərlər