Logo
    main-post-cover

    Motorola RAZR 40 Ultra smartfonu Avropa bazarında hansı qiymətə satılacaq?

    Cihazlar+
    28.04.2023
    Emil
        İnternetdə qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə smartfonun Avropa bazarındakı satış qiymətləri aşkar edilib. Beləliklə verilmiş məlumata əsasən Motorola RAZR 40 Ultra-nın bazara yalnız 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası satışa çıxacaq. O, Avropa Bazarında 1200 avroya satılacaq.
        Son məlumat sızıntılarına əsasən Motorola RAZR 40 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib daxili OLED ekran, 3.7 düym ölçülü xarici ekran, Snapdragon 8+ Gen 1 və ya Snapdragon 8 Gen 2 prosessoru və sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon ya gələn ay ya da iyun ayında təqdim olunacaq. Motorola RAZR 40 Ultra ilə yanaşı həmçinin adi RAZR 40 da təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər