main-post-cover

    Motorola Razr 5-nin fotosu və texniki göstəriciləri rəsmi şəkildə ortaya çıxıblar

    Cihazlar+
    27.05.2024
    Farid Pardashunas
         Motorola şirkəti çox güman ki, yaxın zamanda qatlana bilən qapaqlı Motorola Razr 50 smartfonunu təqdim edəcək. Belə ki, sözügedən smartfon Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. TENAA-nın məlumatlar bazasında Motorola Razr 50-nin xarici görünüşü sərgilənib və onun texniki özəllikləri ortaya çıxıb. Beləliklə məlumata əsasən Motorola Razr 50 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym daxili OLED ekranla və 1066x1056 piksel keyfiyyətli 3.6 düym xarici OLED ekranla təchiz olunub.
         Məlumatda qeyd edilib ki, smartfon 2.5 GHz tezlikdə çalışan prosessoru əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən söhbət, MediaTek Dimensity 7300X prosessorundan gedir. Bununla yanaşı Motorola Razr 50 smartfonu 16 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Sərgilənmiş fotoya əsasən smartfon ikili arxa kameranı əldə edəcək. Onlardan ən əsası 50 MP-lik, ikincisi isə 13 MP-lik olacaq. Ön kameraya gəldikdə isə o, 32 MP-lik olacaq. Batareya mövzusunda smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Motorola Razr 50-nin gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Moto G85 smartfonunun render fotoları ortaya çıxıblar
    moto-g85-smartfonunun-render-fotolari-ortaya-cixiblar
    Qatlana bilən qapaqlı Motorola Razr 50-nin satış qiyməti məlum olub
    qatlana-bilen-qapaqli-motorola-razr-50-nin-satis-qiymeti-melum-olub
    Qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarının render fotoları ilə tenxiki imkanları ortaya çıxıblar
    qatlana-bilen-qapaqli-motorola-razr-50-ve-razr-50-ultra-smartfonlarinin-render-fotolari-ile-tenxiki-imkanlari-ortaya-cixiblar
    Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın texniki imkanları açıqlanıb
    qatlana-bilen-qapaqli-motorola-razr-50-ultra-nin-texniki-imkanlari-aciqlanib
    Android 15-i əldə edəcək Motorola smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
    android-15-i-elde-edecek-motorola-smartfonlarinin-qeyri-resmi-siyahisi-teqdim-edilib