Motorola Razr Fold CES 2026-da təqdim olundu
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, CES 2026 sərgisində Motorola yeni qatlanan smartfonu Razr Fold modelini təqdim edib. Şirkət bu dəfə klassik “flip” nostaljisindən uzaqlaşaraq, məhsuldarlıq və çoxfunksiyalılığa fokuslanan kitab tipli foldable dizaynı seçib.
Razr Fold qapalı vəziyyətdə adi smartfon kimi istifadə olunur. Cihazın üzərində 6.6 düymlük böyük xarici ekran yerləşir. Telefon açıldıqda isə 8.1 düymlük, 2K keyfiyyətli LTPO daxili ekran ortaya çıxır ki, bu da eyni anda bir neçə tətbiqlə işləmək üçün nəzərdə tutulub. Motorola bu modeldə süni intellekt imkanlarını da ciddi şəkildə ön plana çəkir. “Catch Me Up” və “Next Move” kimi funksiyalar istifadəçiyə xatırlatmaları, kontekstə uyğun məlumatları və növbəti addımlarla bağlı tövsiyələri avtomatik təqdim edir. Bütün bu imkanlar Motorola və Lenovo cihazlarını bir platformada birləşdirən yeni Motorola Qira adlı vahid AI sistemi üzərindən işləyir.
Kamera tərəfdə Razr Fold kifayət qədər iddialıdır: periskop telefoto obyektiv daxil olmaqla üçlü 50 MP arxa kamera sistemi, ayrıca daxili və xarici selfi kameraları mövcuddur. Cihaz Dolby Vision video çəkilişini, gücləndirilmiş stabilizasiyanı və əsas sensor kimi Sony LYTIA texnologiyasını dəstəkləyir. Ən diqqətçəkən yeniliklərdən biri də stylus dəstəyidir. Bu xüsusiyyət Razr Fold-u təkcə dizayn baxımından yox, həm də real iş və məhsuldarlıq aləti kimi daha ciddi bir alternativə çevirir.
Paylaş