
Motorola Razr Ultra 2025 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
07.02.2025
Emil
Motorola şirkəti bu il ərzində qatlana bilən qapaqlı Motorola Razr Ultra 2025 smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Motorola Razr Ultra 2025 smartfonu hələ təqdim edilməmiş Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2782 xal, çox nüvəli testi çərçivəsində isə 8457 xal toplayıb.

Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
