Motorola RAZR+ 2023 smartfonu Geekbench testlərindən keçib

Motorola RAZR+ 2023 smartfonu Geekbench testlərindən keçib

Mobil Cihazlar
05.05.2023 PAYLAŞIM

    Son günlərdə Motorola-nın qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonu barəsində çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə məlum olub ki, Motorola şirkəti daha bir Motorola RAZR modeli üzərində çalışır və o, Geekbench testlərindən keçib. Söhbət, Motorola RAZR+ 2023 adlı smartfondan gedir. Geekbench testlərindən sözügedən smartfonun 8 GB RAM-a sahib versiyası keçib.

    Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1702 xal, çox nüvəli testi çərçivəsində isə 4073 xal toplayıb. Məlum olub ki, Motorola RAZR+ 2023 smartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və Android 13 əməliyyat sisteminə sahib olacaq. Bundan əlavə olaraq smartfonun 33 vatt gücündə sürətli şarj texnologiyalı 3640 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Motorola RAZR+ 2023 ya bu ayın sonunda ya da gələn ayın əvvəlində təqdim oluna bilər.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×