main-post-cover

    Motorola şirkəti Moto G52 adlı yeni orta büdcəli smartfon modelini təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    13.04.2022
    Emil Nəcəfov
        Motorola şirkəti Moto G52 adlı yeni orta büdcəli smartfon modelini təqdim edib. Sözügedən smartfon Snapdragon prosessorunu, təkmilləşdirilmiş kameraları və yüksək həcmli batareyanı əldə edib. Beləliklə Moto G52 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym AMOLED ekran ilə təchiz  olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 680 prosessoru (LTE dəstəkli), 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 8 MP (genişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, Moto G52 modeli həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və USB Type-C girişini özündə birləşdirir. Smartfon 249 avro qiymətində satışa çıxıb.
    Linki kopyala