Logo
    main-post-cover

    Motorola şirkəti Moto S50 Neo adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır

    Cihazlar+
    09.08.2024
         Motorola-nın XT2409-5 model nömrəsinə sahib yeni smartfonu Çinin TENAA adlı agentliyində sertifikatlaşdırmadan keçib. Məlumata əsasən sözügedən smartfon böyük ehtimal ilə Moto S50 Neo adı altında satılacaq. TENAA sayəsində həmçinin Moto S50 Neo-nun fotosu da ortaya çıxıb. Ortaya çıxmış fotoda bu yeni smartfonun həm ön həm də arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun arxa panelinin yuxarı sol hissəsində 3 ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq.
           Smartfonun ekranına gəldikdə isə onun kənarları bir qədər əyilmiş dizaynda hazırlanacaq. Məlumatda qeyd edilib ki, Moto S50 Neo smartfonu Full HD+ keyfiyyətli 6.36 düym ölçülü OLED ekranı əldə edəcək və Snapdragon 7 Gen 1 Accelerated Edition prosessoru vasitəsilə çalışacaq. Smartfonun 50 MP + 13 MP + 10 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 4300 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Motorola şirkəti Moto S50 Neo adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır | Technote