
Motorola Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq yeni flaqman smartfonunu hazırlayır
Cihazlar+
24.01.2024
Emil
Keçən ilin oktyabr ayında Snapdragon 8 Gen 3 prosessoru təqdim olunandan sonra bir çox şirkət bu prosessora sahib smartfonlarını satışa çıxaracaqlarını elan etmişdi. Lakin həmin şirkətlər arasında Motorola yox idi. İndi isə məlum olub ki, Motorola hal-hazırda Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq yeni flaqman smartfonu üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkətin hazırladığı yeni flaqman smartfon hal-hazırda test mərhələsindədir. Hər şey plan üzrə getsə, şirkət hazırlanan yeni flaqman smartfonunu bu ilin ikinci rübündə təqdim etməyə hədəflənib. Təəssüflər olsun ki, smartfonun necə adlanacağı və hansı texniki göstəricilərə sahib olacağı barəsində məlumat yoxdur. Sadəcə güman etmək olar ki, Motorola-nın yeni flaqman smartfonu Edge seriyasına daxil olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
