
Motorola süni zəka funksiyalarına sahib olacaq yeni flaqman smartfonunun təqdimatına hazırlaşır
Cihazlar+
01.03.2024
Emil
Motorola şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında öz yeni flaqman smartfonunun tizer posterini təqdim edib. Söhbət, Moto X50 Ultra-dan gedir. Təqdim edilmiş tizer posterə əsasən Moto X50 Ultra smartfonunda süni zəka funksiyaları olacaq. Moto X50 Ultra-nın texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Şirkətin təqdim etmiş olduğu videoda bu flaqman smartfon Çində baş tutacaq Formula-1 yarışları ilə əlaqələndirilib. Burdan da belə qənaətə gəlmək olar ki, Moto X50 Ultra çox güman ki, aprel ayının sonunda təqdim ediləcək.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
