main-post-cover

    Motorola ThinkPhone adlı yeni flaqman smartfonunu təqdim edib

    Cihazlar+
    05.01.2023
    Farid Pardashunas
        Motorola brendi CES 2023 sərgisi çərçivəsində yeni flaqman smartfonunu təqdim edib. Söhbət, ThinkPhone-dan gedir. Smartfonun tam adı isə ThinkPhone by Motorola-dır. Motorola-nın sözügedən yeni smartfonu Lenovo şirkətinin ThinkPad seriyasına daxil olan noutbuklar üçün bir növ köməkçi cihaz rolunda çıxış edir. Belə ki, smartfon xarici qorunma ilə yanaşı həmçinin software səviyyəsində də qorunma özəlliklərinə sahibdir. Moto Threat Defense texnologiyası smartfondakı məlumatların təhlükəsizliklərini üst səviyyəyə qaldırır. Bundan əlavə olaraq ThinPhone-nun daxilinə Moto KeySafe adlı çip də yerləşdirilib. Bu çip PIN kodların, kriptoqrafik açarların idarəsini reallaşdıraraq onları hackerlərdən qoruyur. ThinkPhone smartfonu ThinkPad seriyasına daxil olan noutbuklara Wi-Fi şəbəkəsi vasitəsilə qoşula bilir.
        Bu halda cihazlar faylların vahid mübadiləsi buferinə sahib olacaqlar. Noutbuka qoşulu halda istifadəçilər ThinkPhone vasitəsilə noutbuka 5G şəbəkəsini ötürə, müxtəlif faylların mübadiləsini sürətlə reallaşdıra, noutbukda Android tətbiqləri işə sala və smartfon kamerasını noutbukda veb kamera qismində istifadə edə bilərlər. Smartfona gələn bildirişlərə həmçinin Windows-un bildirişlər mərkəzində baxmaq mümkündür. ThinkPhone smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym POLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfonun ekranı əlavə olaraq Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
        ThinkPhone-nun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 13 MP (f/2.2 diafraqma, avtofokus, 120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 32 MP-lik (f/2.45 diafraqma, avtofokus) ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. ThinkPhone Android 13 vasitəsilə çalışır. ThinkPhone-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək. Lakin bu cür texniki özəllikləri nəzərə alsaq, çətin ki, smartfon ucuz qiymətə satılsın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər