
Motorola X40 flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb
Çinin Weibo sosial şəbəkəsində Motorola şirkətinin səhifəsi təqdimata hazırlaşan Moto X40 flaqman smartfonunun ilk tizer fotosunu təqdim edib. Gözləntilərə əsasən sözügedən smartfon Snapdragon 8 Gen 2 prosessorunu əldə edəcək ilk smartfonlardan biri olcaq. Təqdim edilmiş tizer fotoda Moto X40-ın yalnız bir hissəsi əks olunub. Ola bilsin ki, smartfon hər 4 tərəfdən bir qədər əyilmiş ekran dizaynını əldə etsin. Bununla yanaşı smartfonda olacaq kamera tətbiqinin interfeysi də ortaya çıxıb.
Motorola şirkətinin tərtibatçıları bildiriblər ki, kamera tətbiqinin ayarlanma prosesi hələ davam edir və bu məsələdə istifadəçiləri bəzi sürprizlər gözləyir. Moto X40-ın ortaya çıxmış ekran fotosuna əsasən smartfon myui 5.0 interfeysli Android 13 vasitəsilə çalışacaq. Bununla yanaşı o, 12 GB RAM və 512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Motorola-nın növbəti flaqman smartfonu özündə Full HD+ keyfiyyətli 6.67 düym OLED ekranı, 50 MP + 50 MP + 12 MP üçlü arxa kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər