
Motorola yeni flaqman smartfonu üzərində çalışır
Motorola şirkəti gələn ayın əvvəli Moto G seriyasının yeni smartfonlarını təqdim edəcək. Söhbət, Moto G54 5G və Moto G84-dən gedir. Lakin şirkət hal hazırda həmçinin yeni flaqman smartfon üzərində çalışır. İnsayderlərin sözlərinə əsasən Motorola-nın yeni flaqman smartfonu Motorola Edge 2023 adını əldə edəcək. Ortaya çıxmış fotodan da görmək olar ki, Motorola Edge 2023 smartfonu xarici görünüşcə Edge 40 modelinə bənzəyəcək.
Yeni flaqman smartfon kənarları əyilmiş dizaynda reallaşdırılmış ekranı əldə edəcək. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Bununla yanaşı böyük ehtimal ilə barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək. Smartfonun arxa panelində isə iki ədəd kamera və LED işıqlandırma yerləşəcək. Təəssüflər olsun ki, Motorola Edge 2023-ün texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur. Yalnız dəqiq məlumdur ki, şirkət onu bu ilin sonuna kimi təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər