main-post-cover

    Motorola yeni qatlana bilən smartfonunun tizer videosunu təqdim edib

    Cihazlar+
    25.04.2023
    Farid Pardashunas
        Motorola brendi yeni qatlana bilən smartfonun yaxın zamanda təqdim olunacağını təsdiqləyib. Belə ki, şirkət bu münasibətlə video tizeri təqdim edib. Şirkət tərəfindən təqdim edilmiş tizer videoda qatlana bilən cihazın qatlanmış vəziyyətdə silueti əks olunub. Tizer videoda smartfonun şarnir konstruksiyasını və iki ədəd kamerasını görmək olar. Lakin smartfonun hansı ölçüdə xarici ekrana sahib olduğunu tizer videosu vasitəsilə söyləmək çətindir.
    Motorola Razr
        Daha öncəki məlumat sızıntılarına əsasən xarici ekran arxa panelin yarısını əhatə edəcək. Qeyd etmək lazımdır ki, keçən həftə məlumat ortaya çıxmışdı ki, Motorola həmçinin qatlana bilən qapaqlı Motorola RAZR Lite smartfonu üzərində də çalışır. Böyük ehtimal ilə Motorola RAZR Lite modeli daha kiçik ölçülü xarici ekran və daha sadələşdirilmiş texniki özəlliklər ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən Motorola öz yeni qatlana bilən smartfonlarını 1 iyun tarixində təqdim edəcək. Lakin 1 iyun tarixində smartfonların qlobal təqdimatları ola bilər. Belə olacağı halda smartfonlar Çin bazarında daha tez təqdim ediləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər