
MSI MAG 272UP QD-OLED X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.05.2025
Emil
MSI şirkəti öz yeni flaqman gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor MSI MAG 272UP QD-OLED X24 adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4a, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI MAG 272UP QD-OLED X24 artıq Çində satışa çıxıb və onun qiyməti 776$ təşkil edir. MSI bildirib ki, sözügedən monitor digər regionlarda da satışa çıxacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
