main-post-cover

    MSI MAG 275QF gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         MSI şirkəti özünün MAG adlı gaming monitor seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 275QF adlanır. Bu monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran üstəlik Adaptive-Sync dəstəyinə sahibdir və sRGB rəng diapazonunun 101%-ni, DCI-P3 rəng diapazonunun 78%-ni, Adobe RGB rəng diapazonunun isə 82%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 DisplayPort 1.4 girişlərini birləşdirir. MSI MAG 275QF artıq Çində satışa çıxıb və onun qiyməti 124$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 271QPX QD-OLED E2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-271qpx-qd-oled-e2-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MAG 255XFV gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-255xfv-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI Claw 8 AI Plus adlı yeni portativ oyun konsolu təqdim edilib
    msi-claw-8-ai-plus-adli-yeni-portativ-oyun-konsolu-teqdim-edilib
    MSI MAG 271QPX E2 gaming monitoru təqdim edilib
    msi-mag-271qpx-e2-gaming-monitoru-teqdim-edilib
    MSI Titan 18 Pro noutbukunun ən güclü versiyası təqdim olunub - QİYMƏTİ
    msi-titan-18-pro-noutbukunun-en-guclu-versiyasi-teqdim-olunub-qiymeti