Logo
    main-post-cover

    MSI Titan 18 Pro noutbukunun ən güclü versiyası təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    01.05.2024
    Farid
         MSI şirkəti mart ayında satışa çıxmış MSI Titan 18 Pro gaming noutbukunun ən güclü versiyasını təqdim edib. MSI Titan 18 Pro-nun ən güclü versiyası 120 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2400 piksel keyfiyyətli 18 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk 24 nüvəli Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə GeForce RTX 4090 videokartını birləşdirir.
         Həmçinin MSI Titan 18 Pro 192 GB RAM 4 TB-lıq SSD ilə təchiz olunub. Onun batareya həcmi isə 99.9 vatt saat təşkil edir. MSI Titan 18 Pro özündə Thunderbolt 4, USB-A 3.2 Gen 2, HDMI 2.1 girişlərini, 6 ədəd səsgücləndiricini və Wi-Fi 7 dəstəyini birləşdirir. Noutbukda soyutma sistemi qismində 2 ədəd pərdən və 6 ədəd istilik borusundan istifadə edilir. Noutbukun gövdəsində və klaviaturasında həmçinin RGB işıqlandırma da mövcuddur. MSI Titan 18 Pro artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 5054$ təşkil edir. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş