Müasir ev üçün əfsanəvi Amerika səsi
Bəzən cəmi bir musiqi parçası əhvalınızı tamamilə dəyişə bilər. O, sizi xatirələrə apara, enerji verə və ya rahatladıcı ab-hava yarada bilər. İstər ailənizlə evdə sakit axşam keçirəsiniz, istər dostlarınızı qonaq çağırasınız, istərsə də terrasda əyləncə təşkil edəsiniz - musiqi bu anları daha da dəyərli edir. Xüsusilə də musiqi müəllifin nəzərdə tutduğu emosiya və dərinliyi çatdırırsa.
Niyə illərlə keyfiyyətsiz səslə kifayətlənirik?
Smartfonun köhnəldiyini tez hiss edirik: kamera əvvəlki kimi keyfiyyətli çəkiliş etmir, batareya daha tez boşalır, tətbiqlər isə daha ləng işləyir. Orta səviyyəli səs keyfiyyətinə isə o qədər öyrəşirik ki, bir müddət sonra buna ümumiyyətlə fikir vermirik. Beləcə, illərlə eyni köhnə akustik sistemdən və ya televizorun daxili dinamiklərindən istifadə etməyə davam edirik.
Keyfiyyətli səs ilk baxışda zəruri görünməyə bilər. O, həyati əhəmiyyət daşıyan məsələləri həll etməsə də, yaşadığımız hisslər, musiqidən və filmlərdən aldığımız təəssüratlar, eləcə də evdəki ümumi ab-hava səsin keyfiyyətindən birbaşa asılıdır.
Klipsch: 80 illik tarixə malik əfsanəvi Amerika səsi
Klipsch-in tarixi 1946-cı ildə başlayıb. Həmin il mühəndis Pol Klipş qarşısına iddialı bir məqsəd qoyub - ev akustik sistemlərinin səsini canlı ifaya mümkün qədər yaxınlaşdırmaq. Bu prinsip brendin sonrakı onilliklərdəki inkişaf istiqamətini müəyyənləşdirib, asanlıqla tanınan dizayn isə onun fərqləndirici xüsusiyyətlərindən birinə çevrilib.
The One Plus və The Three Plus kimi müasir Klipsch akustik sistemləri bu ənənəni davam etdirir və müxtəlif interyerlərə asanlıqla uyğunlaşır. Hər iki model ötən əsrin ortalarının estetikasından ilhamlanan Heritage Inspired masaüstü akustika seriyasına daxildir. İstehsalçı aşağıdakı material və elementlərdən istifadə edir:
- təbii ağac şponu;
- parça ilə örtülmüş qoruyucu tor;
- toxunuşu xoş olan tənzimləyicilər və açarlar.
Modellər retro estetikanı müasir texnologiyalarla birləşdirir və Matt Black, eləcə də Walnut rənglərində təqdim olunur. The One Plus və The Three Plus həm klassik, həm də müasir interyerlərə gözəl uyğunlaşır.
Bir cihaz - çoxsaylı istifadə imkanları
Klipsch masaüstü akustikasının əsas üstünlüklərindən biri onun çoxfunksiyalı olmasıdır. Musiqi dinləmək üçün smartfonu, planşeti və ya noutbuku Bluetooth vasitəsilə qoşmaq kifayətdir. Analoq səsə üstünlük verirsinizsə, vinil pleyeri də birbaşa qoşa bilərsiniz.
The One Plus iş otağı, yataq otağı və ya kiçik qonaq otağı üçün əla seçimdir. Model maksimum 103 dB səs səviyyəsini təmin edir. Cihaz elektrik şəbəkəsindən işləyir, lakin yığcam ölçüləri sayəsində onu bir otaqdan digərinə asanlıqla aparmaq mümkündür. Onun vasitəsilə musiqi və podkast dinləmək, film və YouTube videolarına baxmaq rahatdır.
Klipsch The Three Plus simsiz akustik sistemi elektrik şəbəkəsinə qoşulur, cihazlarınızla isə Bluetooth vasitəsilə əlaqə yaradır. Maksimum səs səviyyəsi 106 dB-ə çatır ki, bu da geniş məkanlar üçün kifayətdir. Bu model ev musiqi sisteminin əsas hissəsinə çevrilə bilər. Daxili fono gücləndiriciyə malik Phono/RCA girişi sayəsində vinil pleyeri əlavə gücləndirici və adapterlər olmadan birbaşa qoşa bilərsiniz.
İllər keçdikcə texnologiyalar dəyişir. Lakin sevimli musiqini yüksək keyfiyyətlə dinləmək istəyi dəyişməz qalır. Klipsch brendi artıq 80 ildir sübut edir ki, keyfiyyətli səs, istifadə rahatlığı və düşünülmüş dizayn heç vaxt aktuallığını itirmir. Azərbaycanda bu brendin ev üçün akustik sistemlərini iSpace-dən əldə etmək mümkündür. Şirkət rəsmi zəmanətlə orijinal məhsullar təklif edir, mütəxəssislər isə suallarınızı cavablandırır və eviniz üçün uyğun modeli seçməyə kömək edirlər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...