Logo
    main-post-cover

    Müxtəlif ölkələrin vətəndaşları iPhone 14 Pro almaq üçün illik gəlirlərinin nə qədərini xərcləməlidirlər?

    Cihazlar+
    22.06.2023
    Emil
        Statistik tədqiqatlarla məşğul olan World of Statistics adlı təşkilat müxtəlif ölkələrdəki insanların orta illik gəlirlərini iPhone 14 Pro-nun satış qiyməti ilə müqayisə ediblər. Bunun sayəsində təşkilatın analitikləri bu və ya digər ölkənin orta statistik vətəndaşının iPhone 14 Pro alması üçün öz illik gəlirinin nə qədər hissəsini xərcləməli olduğunu hesablayıblar. Məlum olub ki, iPhone 14 Pro-nun 128 GB yaddaşlı baza versiyasını almaq üçün illik gəlirlərinin az hissəsini İsveçrə vətəndaşları ödəməlidirlər.
        Belə ki, onlar iPhone 14 Pro-nun əldə olunması üçün illik gəlirlərinin yalnız 1.8%-ni xərcləməlidirlər. Statistikanın ikinci yerində ABŞ qərarlaşıb. Belə ki, amerikalı vətəndaşlar iPhone 14 Pro-nun 128 GB yaddaşlı versiyasını əldə etmək üçün illik gəlirlərinin 2.0%-ni xərcləməlidirlər. Üçüncü yeri Sinqapur tutub. Orda da vətəndaşlar öz illik gəlirlərinin 2.0%-ni xərcləməlidirlər. Statistikada ən pis vəziyyət Pakistanla Nigeriyadadır. Belə ki, bu ölkələrdə yaşayan orta statistik vətəndaşlar hətta illik gəlirlərinin hamısı ilə də iPhone 14 Pro almaq imkanına sahib deyillər. Ümumilikdə statistikadakı ölkələr ilə onların göstəriciləri belədir.
    - İsveçrə - 1,8%
    - ABŞ - 2,0%
    - Sinqapur - 2,0%
    - BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) - 2,8%
    - Avstraliya - 2,9%
    - Kanada - 3,0%
    - Honkonq - 3,2%
    - Norveç - 3,3%
    - Yeni Zelandiya - 3,5%
    - Hollandiya - 3,5%
    - Danimarka - 3,7%
    - Almaniya - 3,9%
    - Yaponiya - 3,9%
    - Böyük Britaniya - 4,0%
    - İrlandiya - 4,1%
    - Cənubi Koreya - 4,1%
    - Finlandiya - 4,3%
    - Avstriya - 4,4%
    - Belçika - 4,6%
    - Fransa - 4,8%
    - İsveç - 4,5%
    - İspaniya - 6,2%
    - Tayvan - 6,3%
    - İtaliya - 7,2%
    - Çexiya - 8,0%
    - Çin - 9,3%
    - Polşa - 11,2%
    - Portuqaliya - 11,3%
    - Malayziya - 11,8%
    - Macarıstan - 14,8%
    - Rusiya - 16,3%
    - Meksika - 16,9%
    - Tayland - 18,5%
    - Argentina - 23,1%
    - Hindistan - 23,4%
    - İndoneziya - 32,2%
    - Filippin - 34,5%
    - Türkiyə - 34,7%
    - Braziliya - 38%
    - İran - 43,9%
    - Venesuela - 59%
    - Misir - 88,4%
    - Pakistan - 104,1%
    - Nigeriya - 105,3%
    Paylaş
    Bənzər xəbərlər