
MWC 2023: Hərəkətli ekrana sahib Motorola Rizr adlı yeni konseptual smartfon sərgilənib (VİDEO)
Motorola şirkəti MWC 2023 sərgisi çərçivəsində hərəkətli ekrana sahib Motorola Rizr adlı yeni konseptual smartfonunu sərgiləyib. Smartfonla yaxından tanış olmuş jurnalistlərin sözlərinə əsasən o, ənənəvi qatlana bilən smartfonlarla müqayisədə daha rahat və praktikdir. Motorola Rizr monoblok form faktorunda reallaşdırılıb və adi vəziyyətdə o, BOE şirkətinin istehsalı olan 15:9 nisbətli 5 düym pOLED ekrana sahibdir. Xüsusi düyməyə iki dəfə klikləyən zaman isə ekran yuxarı istiqamətə uzanaraq öz ölçüsünü 6.5 düym-ə yüksəldir. Bu proses 3 saniyə vaxt aparır.
Ön kamera ilə telefon danışıqları üçün nəzərdə tutulmuş səsgücləndirici hərəkətli ekranın yuxarı hissəsinin arxa tərəfində üzbəüz yerləşir. Məsələn istifadəçi ön kameradan istifadə etmək istəyən zaman ekran aşağı istiqamətə bir qədər eniş edərək ön kamera ilə səsgücləndiricini sərgiləyir. Bundan əlavə olaraq istifadəçi smartfonun ekranını elə şəkildə ayarlaya bilər ki, o, müyyən əməliyyatların yerinə yetirilməsi zamanı avtomatik şəkildə öz ölçüsünü böyütsün. Buna misal olaraq video izləmə prosesini gətirmək olar. Adi rejimdə ekranın bir hissəsi smartfonun arxa panelində əks olunur.
Ekranın arxa paneldə qalan hissəsini bildirişlərin, vaxtın və təqvimin əks olunması və ya arxa kamera vasitəsilə selfi foto çəkmək istəyən zaman istifadəçinin onun vasitəsilə özünə baxması üçün istifadə etmək olar. Motorola Rizr-in mənfi tərəfləri arasında onun çəkisi ilə gövdə qalınlığı var. Belə ki, smartfon 210 qramm çəkiyə sahibdir. Bununla yanaşı o, cəmi 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Motorola Rizr-in texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, bu sadəcə konseptual bir smartfondur və onun Motorola tərəfindən gələcəkdə istehsal edilərək satışa çıxarılacağı dəqiq bilinmir.
Paylaş
Bənzər xəbərlər