Logo
    main-post-cover

    MWC 2023: OnePlus öz yeni konseptual smartfonu olan OnePlus 11 Concept-i sərgiləyib

    Cihazlar+
    27.02.2023
    Emil
        OnePlus şirkəti MWC 2023 sərgisi çərçivəsində OnePlus 11 Concept adlı yeni konseptual smartfonunu sərgiləyib. OnePlus 11 Concept digər smartfonlarla müqayisədə daha fərqli dizaynı və Active CryoFlux adlı maye soyutma sistemini əldə edib. Məlumatda qeyd edilib ki, sözügedən soyutma sistemi smartfonun bütün performansını istifadə etməyə imkan verir. OnePlus 11 Concept-in daxilində piezoelektrikli (piezoelektrik effekti, müəyyən materialların tətbiq olunan mexaniki gərginliyə cavab olaraq elektrik yükü yaratmaq qabiliyyətidir) keramik mikronasos mövcuddur. Həmin mikronasos xüsusi mayeni smartfon daxilində şirkətin “qan damarları” adlandırdığı sistem üzrə hərəkət etdirir.
        Şirkətin verdiyi məlumata əsasən bu prosesi reallaşdıran mikronasos smartfon daxilində çox kiçik bir hissəsini əhatə edir. OnePlus bildirib ki, Active CryoFlux adlı maye soyutma sistemi smartfonun temperaturunu mobil oyunlar zamanı 2.1 dərəcə Selsi aşağı sala bilir. Bu isə öz növbəsində ekrandakı kadr tezliyini 3-4 fps yüksəldir. Şarj prosesi zamanaı isə sözügedən soyutma sistemi smartfonun temperaturunu 1.6 dərəcə Selsi aşağı salır. Bunun sayəsində şarj müddəti 30-45 saniyə azalır. Lakin ən maraqlısı ondadır ki, smartfonun şəffaf arxa paneli və diod işıqlandırma sistemi vasitəsilə gövdə daxilində maye axınını görmək olar. OnePlus 11 Concept-in satışa çıxacağını gözləmək lazım deyil. Adətən bu cür smartfonlar yeni texnologiyaların sərgilənməsi üçün nəzərdə tutulur. 
    Paylaş
    Bənzər xəbərlər