main-post-cover

    MWC 2023: Qatlana bilən Honor Magic Vs smartfonunun qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.02.2023
    Farid Pardashunas
        Honor şirkəti MWC 2023 sərgisi çərçivəsində öz qatlana bilən smartfonu Magic Vs-in qlobal versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, qatlana bilən Honor Magic Vs smartfonu hələ keçən il Çində təqdim olunmuş və satışa çıxmışdı. Qlobal bazarda bu qatlana bilən smartfon yüksək qiymətə satılacaq. Honor Magic Vs bir sıra fərqləndirici özəlliklərə sahibdir. Məsələn maqnezium ərintisindən hazırlanmış gövdə ilə sadələşdirilmiş şarnir konstruksiyası hesabına smartfonun çəkisini 261 qramm-a kimi endirmək mümkün olub.
        Bundan əlavə olaraq Magic Vs qatlana bilən smartfonlar arasında böyük həcmli batareyaya sahib olan bir smartfondur. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1080 piksel keyfiyyətli 6.45 düym xarici OLED ekran və 90 Hz-lik təsvir yenilənməsinə sahib 2272x1984 piksel keyfiyyətli 7.9 düym daxili OLED ekran ilə təchiz olunub. Xarici ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, daxili ekranın maksimal parlaqlıq səviyyəsi isə 800 nit təşkil edir. Həm daxili həm də xarici ekran HDR10+ texnologiyasını dəstəkləyir.
        Bununla yanaşı smartfonun ekranları stilus dəstəyini özlərində birləşdirirlər. Əsas texniki göstəricilərə gəldikdə isə Magic Vs smartfonu Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 54 MP + 54 MP (120 dərəcə bucaq əhatəsi) + 8 MP (3 qat optik zoom) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Magic Vs Avropa bazarında 1599 avro qiymətində satışa çıxacaq. Lakin smartfonun satışlarına nə zaman start veriləcəyi barəsində məlumat daha sonra təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər