main-post-cover

    MWC 2023: Sərgidə Nothing Phone (1)-in klonu təqdim edilib

    Cihazlar+
    28.02.2023
    Farid Pardashunas
        Hal hazırda Barselonada MWC 2023 sərgisi keçirilir və sərgini Nothing şirkətinin CEO-su Carl Pei də ziyarət edib. Bu ziyaarət çərçivəsində o, Nothing şirkətinin ilk smartfon modeli olan Nothing Phone (1)-ə bənzəyən smartfon aşkar edb. Söhbət, Unihertz Luna adlı smartfondan gedir. Sözügedən smartfon xarici görünüşcə Nothing Phone (1)-ə bənzəsə də, daha sadələşdirilmiş texniki özəlliklərə sahibdir. Carl Pei öz Twitter hesabında Unihertz Luna adlı smartfonun fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, smartfon Nothing Phone (1) kimi şəffaf arxa panelə sahibdir.
        Şəffaf arxa panelin alt hisəssində isə LED işıqlandırma sistemi var. Arxa panelin alt hissəsində yerləşən LED işıqlandırma sisteminin hansı funksionallığa sahib olduğu barəsində məlumat verilməsə də, smartfonun texniki özəllikləri məlumdur. Beləliklə Unihertz Luna adlı smartfon MediaTek Helio G99 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP + 32 MP + 2 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun ekran göstəriciləri barəsində məlumat verilməyib. Onun gələn ay 300$ qiymətində satışa çıxacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər