main-post-cover

    MWC 2023: TECNO şirkəti öz ilk qatlana bilən smartfonunu sərgiləyib

    Cihazlar+
    28.02.2023
    Emil Nəcəfov
        TECNO şirkəti MWC 2023 sərgisi çərçivəsində ilk qatlana bilən smartfonunu sərgiləyib. Sözügedən smartfon TECNO PHANTOM V Fold adını əldə edib. Şirkət sərgi çərçivəsində smartfonun texniki özəllikləri barəsində tam ətraflı məlumat verməyib. Şirkət sadəcə olaraq smartfonun dizaynını sərgiləyib. Aydın məsələdir ki, PHANTOM V Fold smartfonu hələ hazırlanma mərhələsindədir. Dizayndan belə qənaətə gəlmək olar ki, TECNO-nun ilk qatlana bilən smartfonu xarici görünüşcə həm Galaxy Z Fold seriyasını həm də Huawei Mate X seriyasını xatırladır.
        Məlumdur ki, TECNO PHANTOM V Fold smartfonu MediaTek Dimensity 9000+ prosessoru vasitəsilə çalışır, 5G şəbəkəsini dəstəkləyir və özündə 2 SIM kart girişini birləşdirir. Şirkət həmçinin qeyd edib ki, qatlana bilən smartfon üçlü arxa kamera ilə təhciz olunub və əsas kamera 50 MP-likdir. PHANTOM V Fold həmçinin ikili ön kameraya da sahibdir. Onlardan biri daxili ekran üzərində, digəri isə gövdənin xarici hissəsində yerləşib. TECNO öz ilk qatlana bilən smartfonunun texniki göstəriciləri, qiyməti və nə zaman satışa çıxacağı barəsində ətraflı məlumatı daha sonra verəcək.
    Linki kopyala